Dünya bazarında neft bahalaşdı  

img

02-04-2020 [21:52]


Səudiyyə Ərəbistanı hökumətinin neft hasilatını azaltmaqla bağlı yeni razılaşmanı müzakirə etmək üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirəcəyinin gündəmə gəlməsi neft qiymətlərinin artmasına səbəb oldu.

“Report” xəbər verir ki, bu gün Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 32,73 ABŞ dollarına, yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (32,3%) baha satılıb.

Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları (32,64%) bahalaşaraq 26,94 ABŞ dollarına satılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA