Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

img

02-04-2020 [20:01]


Gürcüstanda koronavirusa daha bir yoluxma faktı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 131-ə çatıb.

Koronavirus xəstələrinin 26-sı sağalıb. Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər var.

Hazırda Gürcüstanda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 105 nəfər təşkil edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR