"Suallar yaranır ki, bu, təxribatdırmı, laqeydlikdirmi, yoxsa..." - Deputat mobil operatorları "topa tutdu"
02-04-2020 [16:28]
"Gözləyirlər ki, yuxarıdan qərar verilsin, yalnız bundan sonra güzəşt addımı atsınlar”.
Mia.az xəbər verir ki, bu fikirləri Yenicağ.az-a açıqlamasında mobil operatorların və bankların karantin rejimi şəraitində öz abunəçilərinə və müştərilərə hər hansı güzəşt etməmələrinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, mobil operatorlar abunəçilərinə müəyyən güzəşt etmək üçün inzibati qərarın olmasını gözləyirlər: “Gözləyirlər ki, yuxarıdan qərar verilsin, yalnız bundan sonra güzəşt addımı atsınlar. Əslində, mobil operatorlar cəmiyyətlə eyni havanı udmalıdırlar, insanların nə istədiyini bilməlidirlər. Çünki bu günlərdə əhalinin “Evdə Qal” tövsiyəsinə əməl etməsi üçün müəyyən dərəcədə onları təmin edə biləcək resuslar lazımdır. Bu resurs təkcə çörəkdən, qida məhsullarından ibarət deyil. Bunu dövlət sosial qurumlar vasitəsilə edir.
Bu məsələdə digər komponentlər də öz əksini tapmalıdır. İlk növbədə internet resurslarına əlçatanlıq məsələsi həll olunmalıdır. Diqqət edirsinizsə, on minlərlə uşaq evdə qalıb, onlar təhsili davam etdirməlidirlər. Təhsili davam etdirmək üçün internet şəbəkəsi yüksək səviyyədə işləməlidir ki, şagirdlərin, tələbələrin müəllimlərlə rabitəsi qırılmasın. Bunu da təmin edə bilməyəndə, suallar yaranır ki, bu, təxribatdırmı, laqeydlikdirmi, yoxsa əhalinin narazı salınması üçün düşünülüb atılan addımdırmı? Bunu araşdırmaq lazımdır.
Bu, birinci növbədə mobil operatorların inhisarçılığı ilə bağlı məsələdir. Heç bir rəqabət olmadığına görə, cəmiyyət qarşısında məsuliyyət məsələsində problemlər yaşanır. Rəqabət olanda fikirləşirlər ki, onlardan istifadə edən vətəndaşların rəğbətini qazansınlar. Rəqabətsiz mühitdə onlar hər hansı yenilik etmək marağında görünmürlər”.
Fazil Mustafa qeyd edib ki, mobil operatorların göstərdikləri xidmətlər üzrə qiymətləri endirmələri zərurətə çevrilib: “Demirik ki, həmin xidmətlər pulsuz olsun. Belə olsa, israfçılıq yaranacaq. Amma heç olmasa, qiymətlərin ən azı 30-50 faiz endirilməsi vacibdir ki, vətəndaşlar bu ərəfədə mobil rabitədən lazımı səviyyədə istifadə edə bilsinlər. Bu da “Evdə Qal”a kömək edəcək komponentlərdən biridir.
Mobil operatorlar bunun üçün dövlət səviyyəsində addımın atılmasını gözləməməlidirlər. Ölkə prezidenti bütün sahələrə aid açıq danışır. Vətəndaşın da, dövlətin də üzərinə düşən vəzifələri deyir. Bundan hamı nəticə çıxarırmı? Hiss olunur ki, rabitə şəbəkəsi ilə bağlı məsələlərdə prezidentin söylədiyi istiqamətdə addım atmağa yönəlik hərəkətlənmə yoxdur. Ona görə də, bu, əhali tərəfindən narazılıqla qarşılanır. Mobil operatorlar birinci növbədə əhalini düşünərək, prezidentin apardığı işdə aktiv rol almalıdırlar.
Türkiyədə və başqa ölkələrdə atılan addımları nümunə olaraq götürmək kifayətdir ki, indiki məqamda kimsə hədsiz gəlir haqda düşünməsin. Hamı ölkənin bu dalğadan nisbətən az itkilərlə çıxarılması barədə düşünməlidir. Vətəndaş yoxsullaşanda, mobil operatorların özü də yoxsullaşacaq. Çünki vətəndaşın ödəməyə pulu olmayandan sonra nə edəcəksən?”.
Fazil Mustafa bu məsələyə hökumət səviyyəsində ciddi müdaxilənin vaxtı gəldiyini vurğulayıb:
“Mobil operatorların qeyd olunan bu fəaliyyətsizliyinə ciddi müdaxilə olmalıdır. Bu gün adları çox çəkilməsə də, “Evdə Qal” kampaniyasına ən böyük dəstəyi “Azərişıq”, “Azəriqaz”, “Azərsu” kimi dövlət qurumları verir. O xidmətlər üzrə kəsinti olmayıb. İndiki ərəfədə bunun özü böyük bir dəstəkdir. Əvvəllər vətəndaşların müəyyən narazılıq etdikləri bu qurumlardan hazırda elə bir şikayət yoxdur. Bu, nəyin hesabınadır? Çünki o qurumların əməkdaşları bütün günü çöllərdədirlər, kəsintisiz fəaliyyəti təmin etməyə çalışırlar.
Digər xidmətlərə gəldikdə isə internet olsa da, sürəti kifayət qədər aşağıdır. Ya bilgisizlik var, lazım olan mütəxəssisləri yetərli səviyyədə deyil, tənzimləyə bilmirlər, ya da laqeyidlikdir, düşünürlər, rəqabətsiz mühitdir, pulumuzu qazanırıq, hətta bəlkə də xəstəliyin yayılmasına maraqlıdırlar. Buna strateji məsələ kimi baxılmalı və təcili tədbirlər görülməlidir”.
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq