"Koronavirusu kabus kimi görməyin..." - Həkimdən vacib məsləhətlər
02-04-2020 [15:26]
Tanınmış həkim-cərrah, professor Adil Qeybulla koronavirusla mübarizə ilə bağlı yeni təkliflər irəli sürüb.
Mia.az xəbər verir ki, professor həkimlərin bu işə cəlb olunmasının mexanizminin bu gün inkişaf etmiş dünya ölkələrində olduğu kimi effektiv və rasional olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu mexanizm izafi xərcləri azaltmaq, təhlükəsizliyi təmin etmək baxımdan çox önəmlidir:
"Belə ki, xəstəxanaya ilk növbədə intensiv müalicəyə ehtiyacı olanlar gətirilməlidir. Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər. Onlara xüsusi ayrılmış həkimlər (məsələn, maaşları artırılmaqla poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidə davam etdirilər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürürlər. Xəstəlik evdə də tam müalicə oluna bilər".
A.Qeybulla qeyd edib ki, COVID-19-un spesifik, patoqnomonik simptomu yoxdur: "Bu bir atipik respirator virus infeksiyasıdır. Özünüzdə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin! Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin".
Professor vurğulayıb ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri COVİD-19-dan daha ağır gedişə malik olur. Həkim buna görə də hər kəsi aşağıdakı qaydalara riayət etməyə çağırıb:
"1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın! Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın!
2. Bol maye (ilıq şəkildə su) için! Su, bir tərəfdən, burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur, digər tərəfdən, intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.
3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır! Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, Parasetamol həblərindən (500 mg gündə 2 dəfə) istifadə edin. Sink (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.
4. Yağda qızardılmış yeməkləri azaldın, nativ kərə yağı daha məsləhətdir.
5. Meyvə-tərəvəzə üstünlük verin.
Xəstəliyiniz rejimə ciddi əməl etsəniz tədricən keçəcək. Əgər, davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın".
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır