HÖKUMƏT KİMLƏRƏ YARDIM EDƏCƏK?
02-04-2020 [14:43]
COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin günlərdə sosial təcrid vəziyyətində olan bir çox insanlar son ümidini dövlətin dəstəyinə bağlayır.
Martın 19-da prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə xüsusi işçi qrupun yaradılması barədə fərman imzalayıb.
İşçi qrup qarşısında pandemiyanın ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq vəzifəsi qoyulub. Yəni dövlət əhalinin rifahını və təhlükəsizliyini təmin etmək üçün daha bir addım atdı.
Bundan 10 gün sonra işçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov COVİD-19 virusunun ölkə iqtisadiyyatındakı fəsadlarını minimuma endirməyə yönələn tədbirlərin müəyyənləşdirildiyi təməl sənədi təqdim edib. Sənəddə iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram yer alıb. Həmin proqramların başlıca məramı iş yerlərinin azalmasına yol verməmək, vətəndaşlara maliyyə dəstək göstərməkdir. Yəni hər kəs təlaşa qapılmadan karantin qaydalarına əməl edərək zəruri ehtiyac olmadan evdən bayıra çıxmasın.
Sözügedən 10 proqramdan birincisi koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə çalışanların üzləşdiyi zərəri ödəmək üçün maliyyə dəstək tədbirlərini nəzərdə tutur. Belə ki, pandemiyanın fəsadlarına bütövlükdə məruz qalan 11 sahə, o cümlədən ictimai iaşə, nəqliyyat, ticarət, turizm, xidmətlər sahələri müəyyənləşdirilib.
Sadalanan sahələrdə qanuni əmək müqaviləsi əsasında şəffaf şəkildə çalışan hər kəs bu proqram çərçivəsində dövlət tərəfindən maliyyə dəstəyi alacaq. Proqram bütövlükdə 304 min əməkdaşı olan 44 min müəssisəni əhatə edir. Yəni rəsmi əmək müqaviləsi ilə çalışmağın əhəmiyyəti bir daha əyani şəkildə ortaya çıxdı. Hazırda ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 555 mindir ki, bunların 915 mini dövlət və neft-qaz sektorlarında, yerdə qalan 640 mini isə qeyri-neft sektorunda çalışır.
Proqrama əsasən maliyyə dəstəyinin mexanizmi ya işçinin həqiqi əməkhaqqına, ya da ölkədə rəsmi orta aylıq əmək haqqına görə hesablanacaq.
Xatırladaq ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 712 manat təşkil edirdi. Proqramda əməkhaqqı fondunun 50 faizini müəssisələrə və sahibkarlara birbaşa ödəmələr şəklində ayırmaq nəzərdə tutulur.
Bununla belə müəssisələr özləri də gərək arxayınlaşmasın.
Dövlət başçısı İlham Əliyev də sahibkarların üzərində böyük məsuliyyət olduğunu qeyd edib: “Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxacağıq”.
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub