Koronavirusla bağlı yalan məlumat yayan 10 nəfər həbs edilib

img

02-04-2020 [13:23]


"Son vaxtlar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Belə hərəkətlərin qarşısı polis orqanları tərəfindən alınır".

Bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günədək sosial şəbəkələrdə yalnış məlumat yayan 10 nəfər həbs olunub, 18 nəfər cərimə olunub, 127 nəfərə isə xəbərdarlıq edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA