Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlandı - Hökumətdən "Bu, son rəqəm deyil" açıqlaması gəldi

img

02-04-2020 [11:46]


Bu gün son məlumatlara görə Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti stabildir: "Bu, son rəqəm deyil".

Bildirilib ki, hazırda virusa yoluxanların sayı 400 nəfərə çatıb: "Həmin xəstələrdən 8-nin vəziyyət ağır, 11-i orta ağırdır. Yerdə qalanların vəziyyəti sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR