"Atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan..." - Oqtay Şirəliyevin qızı atası haqda suala belə cavab verdi

img

02-04-2020 [11:16]


Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyevanın APA-nın Moskva müxbirinə müsahibə verib.

Mia.az xəbər verir ki, o, atası ilə bağlı sualı da cavablandırıb:

-  Azərbaycan oxucusunu ən çox maraqlandıran suallardan birini vermək istəyirəm. Təbii ki, bu sual atanızla bağlıdır. Oqtay müəllim uzun müddətdir ki, Azərbaycan səhiyyəsinə rəhbərlik edir. Baxmayaraq ki, Oqtay müəllimin qızı jurnalistdir, lakin o, mediaya açıq adam deyil. Ölkə ictimaiyyətində Oqtay müəllimin ünvanlına tənqidlər olur, lakin bu tənqidlər cavabsız qalır. Bununla bağlı Sizin fikirlərinizi bilmək çox maraqlı olardı.

- Birmənalı cavab vermək istərdim: Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə. Bu sözləri olduqca sakit söyləyirəm, qızı kimi deyil, obyektiv gerçəkliyi görməyi bacaran bir yetkin peşəkar insan kimi...

Qızı kimi isə onun haqqında ancaq sonsuz sevgimdən danışa bilərəm. Media haqqında isə şəxsi müşahidəmi əlavə edə bilərəm. Bu müşahidə mədəniyyət sahəsindəndir, hansı ki, medianı özündə ehtiva edir. Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir. Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR