Koronavirusun yeni simptomları aşkarlanıb

img

01-04-2020 [19:28]


İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır.

Bu qənaətə London Kral Kollecinin alimləri gəlib.

Mütəxəssislərin fikrincə, bu simptomlara malik pasiyentlərin 59%-də koronavirus testinin nəticəsi pozitiv çıxıb. Üstəlik, bu, qızdırmadan fərqli olaraq daha dəqiq göstərici olub.

Araşdırmaçılar bildiriblər ki, iybilmə və dadbilmənin yoxa çıxması ilə digər simptomların uyuşması koronavirusa yoluxma ehtimalını 3 dəfə artırır. Alimlər bu cür simptomların ortaya çıxdığı andan 7 günlük özünütəcridetməyə çağırırlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR