"Bizi qarşıda dəhşətli dərəcədə pis iki həftə gözləyir” - Tramp mətbuat konfransı keçirdi, ölümcül virusla bağlı mesajlar verdi
01-04-2020 [16:25]
ABŞ prezidenti Donald Tramp ölkədə sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı qarşıdan gələn ağrılı və çətin iki həftə barədə xəbərdarlıq edib.
“Guardian” qəzeti yazır ki, Tramp martın 31-də Ağ Evdə keçirilən mətbuat konfransında son onilliklərin ən böyük sağlamlıq böhranı ilə bağlı problemi yumşaltmağa çalışmayıb, əksinə amerikalıları qarşıdan gələn daha ağrılı günlərə hazır olmağa çağırıb: "Mən istəyirəm ki, hər bir amerikalı qarşıdan gələn ağır günlərə hazır olsun. Bizi qarşıda çox ağır iki həftə gözləyir”.
Mətbuat konfransının başqa bir məqamında prezident deyib: "Bu, dəhşətli dərəcədə pis iki həftə ola bilər. Bu, çox pis iki, bəlkə də üç həftə olacaq. Bu, bizim əvvəllər heç vaxt görmədiyimiz üç həftə olacaq”.
ABŞ-da son günlər keçirilmiş rəy sorğuları pandemiya ilə mübarizədə, sosial məsafə də daxil, görülən tədbirlərə geniş ictimai dəstəyin olduğunu göstərib.
240 min ölüm ola bilər
Lakin Ağ Ev Koronavirus İşçi Qrupunun əlaqələndiricisi doktor Deborah Briks deyib ki, hətta xəstəliyin yayılmasına qarşı bütün federal təlimatlara əməl olunduğu halda belə, virusdan ölənlərin sayı maksimum 240 min nəfərə çata bilər. Amma Ağ Ev rəsmiləri dərhal izah ediblər ki, onlar bu rəqəmə mütləq bir göstərici kimi baxmırlar.
Doktor Briks əlavə edib ki, hətta bu model də amerikalıların heç də hamısının qaydalara əməl etmədiyi variantı əks etdirir və real rəqəm burdakından aşağı ola bilər.
Bundan əvvəl müzakirə olunan proqnoz modellərinin arasında 1.5-2.2 milyon ABŞ sakinin virusdan ölə biləcəyi istisna edilmirdi.
Lakin belə görünür ki, Ağ Ev koronavirus komandasının gəldiyi son konsensus maksimum 240 min ölüm modeli olub.
Trampın tibb komandasının başqa bir üzvü doktor Antoni Fauci müxbirlərə deyib: “Biz hələ ki artım görürük. Bu bizi ruhdan salmamalıdır, çünki qorunma tədbirləri görülür və görüləcək”.
Prezidentin çıxışından sonra sosial məsafə saxlanması da daxil ehtiyat tədbirlərinin aprelin 30-dək uzadılacağı gözlənilirdi. Tramp belə bir qərarını milyonların həyatını xilas etmək istəməsi ilə əlaqələndirib.
100 faiz düz çıxmaya da bilər
Bu da xəbər verilir ki, mətbuat konfransında koronavirus epidemiyası ilə bağlı diaqramlar və qrafiklər nümayiş etdirilib. Ekspertlər bildirirlər ki, ehtimallar əsasında qurulan proqnoz modelləri 100 faiz düz çıxmaya da bilər. Bu da qeyd olunur ki, ABŞ-da əhalinin kütləvi test olunmasına başlanması vəziyyəti hələ də yaxşıya doğru dəyişə bilər.
Martın 31-də CNN telekanalının suallarına cavab verən doktor Fauci deyib ki, sosial məsafə saxlanması bəzi ilkin nəticələrini göstərir. Alim “bəri başdan aşırı nikbin olmamağa” çağırıb və deyib ki, yoluxma halları artımının “ifrat dərəcədə kəskin olmadığı görünməyə başlayıb“. Fauci və Briks Ağ Evdə ötən bazar günü keçirilən müşavirədə Trampa məlumat vermişdilər ki, proqnoz modelləri ölümlərin 100-200 min arasında ola biləcəyini göstərir.
Virusu yavaşıtmaq üçün 30 gün
Bu mətbuat konfransı zamanı Tramp pandemiyaya ilkin reaksiyasının zəif olmasının səbəblərini izah etməyə çalışıb. O deyib ki, o vaxt bu virus barədə heç kim, hətta həkimlər də heç nə bilmirdilər.
Tramp mətbuat konfransından sonra yazdığı tvitdə qarşıdan gələn müddəti epidemiyanın sürətinin azaldılması üçün 30 gün adlandırıb. Prezident bu tvitində əsasən yaşlı adamlar üçün nəzərdə tutulan davranış qaydalarını xatırladır.
Azadlıq.org
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır