Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb

img

01-04-2020 [16:19]


UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

Məlumata görə, bu barədə qərar UEFA-nın bu gün quruma üzv 55 milli assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub.

Bildirilir ki, qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını təklif edib. Həmçinin UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyə etdiyi bildirilib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA