ARDNF mart ayında 3 milyarda yaxın valyuta satışı həyata keçirib

img

01-04-2020 [15:29]


Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 mlrd. 771,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Mia.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Təkcə mart ayında isə ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. dollar təşkil edib. Bu isə ötən ilin mart ayına nisbətən 3,2 dəfə çoxdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR