Dolları Mərkəzi Banklar necə alacaq?

img

01-04-2020 [11:47]


ABŞ Federal Ehtiyat Sistemi (FED) qlobal miqyasda dollara olan tələbi qarşılamaq və digər Mərkəzi Bankların da dolları sərbəst əldə edə bilməsini təmin etmək üçün “swap line” proqramının fəaliyyət miqyasını genişləndirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra mərkəzi banklar bu proqram çərçivəsində əllərindəki ABŞ xəzinə istiqrazları qarşılığında dollar ala biləcəklər.

Məlumata görə, “swap line” proqramı aprelin 6-da fəaliyyətə başlayacaq və 6 ay aktiv olacaq.

Xatırladaq ki, FED ilk dəfə Avropa, Yaponiya, Kanada, İsveçrə və İngiltərənin mərkəzi bankları ilə “swap line” xəttini qurmuş, daha sonra bu sistemə daxil edilən mərkəzi bankların sayı 14 çatdırılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR