DYP: "Bu günədək 14618 maşının postlardan keçmək cəhdinin qarşısı alınıb"

img

01-04-2020 [11:12]


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

BDYPİ-dən Mia.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

19.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək 8 579 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək isə 6 039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 14 618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR