Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

img

31-03-2020 [20:56]


Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb.

Məlumata görə dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359 nəfərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR