Yeni spiker Oqtay Əsədovun təyin etdiyi köməkçini vəzifədən çıxardı - Yeni təyinat

img

31-03-2020 [12:39]


Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.

Milli Məclis sədrinin köməkçisi Füzuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi/APA.

Xatırladaq ki, F.Abbasov Oqtay Əsədov spiker təyin olunandan sonra onun köməkçisi təyin olunmuşdu.

Mia.az xəbər verir ki, yeni spiker isə onu işdən azad edərək, parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin edib. 

Məlumata görə, yeni spiker Sahibə Qafarova onun yerinə təyinata da imza atıb. Bu barədə Mia.az-a dəqiqləşdirilməyən informasiya verildiyi üçün adını yazmadıq.

Mövzuya qayıdacağıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR