Təhsil Nazirliyi məsafədən təhsillə bağlı görülən işlər haqda məlumat yaydı

img

30-03-2020 [19:25]


Tədris prosesinin dayandırıldığı müddət ərzində tələbə və şagirdlərə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb. 

Təhsil Nazirliyindən bildirilib ki, martın 11-dən başlayaraq bütün orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üzrə vahid teledərslər təşkil edilib, bir sıra orta ümumi təhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkili başlayıb və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur. 

Eyni zamanda, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinə də təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində də öz tövsiyələrini verib və bu fəaliyyət hazırda bır sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub.

Bununla bağlı Nazirlik bildirir ki, tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunması məqsədilə həyata keçirilir. Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılmış bu fürsətdən mümkün qədər yararlanmalıdırlar. 

Bununla yanaşı, təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsi ilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmaması (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığını və əhatəliyini) nəzərə alınmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR