Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb

img

30-03-2020 [15:21]


Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

Bbu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə bir gün sonra - 24 iyulda start götürəcək.

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.

Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR