31 Mart soyqırımına aparan faciələrimiz
30-03-2020 [14:30]
Günay Vəlizadə
***
1828-ci ildən Rusiyanın təəbəliyinə keçmiş ermənilər “Böyük Ermənistan “ yaratmaq iddiası ilə Azərbaycan torpaqlarını işğal etməkdə davam edir. Bununla da bizim tarixi torpaqlarımız hesabına yaratdıqları “Ermənistan” adlı bir dövlətin ərazilərini zaman-zaman genişləndiriblər. Elə 1828-ci ildən bu yana xalqımız dəfələrlə erməni terrorunun qurbanına çevrilibdir.
Ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə axını Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən həyata keçirilibdir. Hələ sovetlər dövründə ermənilər Qarabağ ərazisində məskunlaşmaları ilə bağlı tarixi abidə də ucaltmışdılar. Ucaltdıqları abidənin “Böyük Ermənistan” ideyasına uyğun gəlmədiyini anlayıb, sonra sökmüşdülər.
1905, 1918, 1948-1950, 1988-ci illərdə Azərbaycan xalqı dəfələrlə ermənilərin təcavüzü nəticəsində Qərbi Azərbaycan adlanan indiki Ermənistan ərazisindən - öz dədə-baba yurdundan didərgin düşüb, müxtəlif işgəncələrə məruz qalıblar. Qocasına, cavanına, körpəsinə baxmadan soydaşlarımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, bir hissəsi yer-yurdlarını tərk edən zaman yollarda qışın şaxtasında həlak olublar. Bu vəhşilik eyni zamanda Bakıda, Gəncədə, Şamaxıda, Göyçayda, Lənkəranda, Qubada, Qarabağda və digər ərazilərimizdə də davam etdirilib.
Bütün bu qırğınların davamını 1918-ci il mart soyqırımları təşkil etdi. 31 Mart – Azərbaycan xalqının soyqırımı günü 100 ildən çoxdur ki, xalqımızın yaddaşında silinməz izlər qoyubdur. Başımıza gətirilən bu və ya bu kimi faciələr dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, onlar ermənilərin insanlığa sığmayan bu hərəkətləri barədə məlumatlandırılmalıdır. Dünyaya bəyan edilməlidir ki, qan donduran bu faciələri törədən ermənilər soyqırımı törədən zaman hər cür vəhşiliyə əl atıb, işgəncələrdən çəkinməyiblər. Qaynar samovarı insanların belinə
bağlamaqla, günahsız Azərbaycan uşaqlarını borunun içinə salaraq ağızlarını qaynaq edib, acından öldürməklə həzz alıblar.
Ən genişmiqyaslı deportasiya isə 1988-ci ilin sonlarında baş verib. Ermənilər qarlı-şaxtalı qış günlərində Qərbi Azərbaycanda yaşayan xalqımızın ən son nümayəndələrini – üç yüz mindən çox azərbaycanlını yaşayış məntəqələrindən məcburi şəkildə deportasiya ediblər. Yenidən ermənilər tərəfindən günahsız qanlar axıdılıb, insanlar qətlə yetirilib, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Zəngibasar, Zəngəzur,Vedi, Ağababa, Qəmərli, Dərələyəz, Pəmbək və s. mahallarda minlərlə Azərbaycan kəndi məcburi şəkildə boşaldılıb və talan edilibdir. Yaşayış məskənlərinin hamısının tarixi adları dəyişdirilərək erməniləşdirilibdir.
Ermənilər hələ də fitnəkarlıqlarını davam etdirməkdədirlər. Hər cür fırıldağa və yalana əl atır, dünya ictimaiyyətinə özlərinin yazdıqları saxta tarixlərini sırımağa çalışırlar. Belə ki, xalqımıza məxsus Alban kilsələrinin ermənilərə məxsus olduğu barədə yalan iddialar irəli sürür, bir çox mədəni abidələrimizi, musiqimizi, mətbəximizi, ədəbiyyatımızı özününküləşdirməyə çalışırlar. Bununla da Azərbaycan xalqına dəfələrlə divan tutmuş erməni şovinistləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındırmaq istəyirlər.
Beləcə son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlını qəddarlıqla çıxarılıb və ruslar tərəfindən Azərbaycandan Ermənistan boyda bir torpaq qopardılaraq ermənilərə hədiyyə verilibdir. Nəticədə xalqımz minlərlə kəndlərini, qəsəbələrini, yüzlərlə tarixi abilərini itirməli olub.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb