Türkiyədə koronavirus: daha 1815 nəfər yoluxdu, 23 nəfər isə öldü

img

29-03-2020 [20:49]


Türkiyədə koronavirusdan ölənlərin və bu virusa yoluxanların sayı artıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

O bildirib ki, son sutka ərzində Türkiyədə daha 23 nəfər həyatını itirib: "Bununla ölənlərin sayı 131-ə yüksəlib. Bu gün daha 9982 nəfər koronavirusla bağlı test yoxlanışından keçib. Nəticədə daha 1815 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 217 nəfərə çatıb. Onlardan 568 nəfəri reanimasiyadadır, daha 105 nəfəri isə sağalıb".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR