"Koronavirus insandan-insana hava yolu ilə keçmir" - Ümumdünya Səhiyyə Təşkilatı açıqladı

img

29-03-2020 [18:00]


Koronavirus insandan-insana hava yolu ilə keçmir.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi “Facebook” səhifəsində yayılıb.

Məlumata görə, COVID-19 yalnız virus daşıyıcılarının öskürmə, asqırma və ya danışdıqları zaman saçılan damcılar yolu ilə yoluxma gerçəkləşə bilər.

Qeyd edilib ki, damcılar çox ağır olduğuna görə havada qalmır, dərhal düşür.

Bu səbəbdən ÜST insanlar arasında ən azı 1 metr məsafəni qorumağa, əlləri tez-tez yumağa və göz, burun və ağıza isə toxunmamağa çağırır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR