AVRO-2022-nin seçmə mərhələsinin püşkatma vaxtı dəyişdirilib

img

29-03-2020 [17:51]


Futzal üzrə AVRO-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib. 

Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətindən  verilən məlumata görə, səbəb koronavirus pandemiyasının yayılmasıdır. 

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, AVRO-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR