Bakıda üfunət yayan su kanalı... - Müvafiq qurumlar təhlükəli vəziyyətə niyə müdaxilə etmirlər? + FOTOLAR

img

29-03-2020 [13:03]


Bakıda - Sabunçu rayonu, Ramana Südçülük Savxozu deyilən ərazidə yaşayış massivindən keçən kanal əhalini təşvişə salıb.

Bu barədə Mia.az-a yerli sakinlər məlumat verib.

Onlar ərazidəki vəziyyəti əks etdirən çoxsaylı fotoları da redaksiyaya göndərərək, yazırlar ki, bu kanal tamamilə anitsanitariya vəziyyətindədir: "Təsəvvür edin ki, bu kanala il ərzində 2-3 dəfə su vurula, ya yox. Qalan vaxtı bax, beləcə antisanitariya vəyyiətində olur. Kanal başdan-başa zibil içindədir. Bəziləri bura hətta kanalzasiya sularını da axıdır. Təsəvvüür edin ki, yayda burada nə üfunət olur, ağcaqanadlar, milçəklər nə tüğyan edirlər".

Sakinlər deyir ki, kanalın yaxınlığında hazırda məcburi köçkünlər üçün də evlər tikilir: "Yaxşı olmazdı ki, ya bu kanalı təmiz saxlaya, ya da tamamilə ləğv edələr. Yaxşı, deyək ki, müvafiq qurumlar bunu görmür, bəs məcburi köçkünlər üçün ev tikən qurumlar da bunu görmür? Axı o evlərin açılışını cənab Prezident edəcək, o zaman bu kanaldakı rüsvayçı duruma nə ad verəcəklər?".

Bazar günü olduğu üçün məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, o cümlədən digər quurmlardan münasibət öyrənə bilmədik.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR