Teledərslərin sabaha olan qrafiki açıqlandı - CƏDVƏL

img

29-03-2020 [12:13]


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 30-u üçün nəzərdə tutulan buraxılışının cədvəli məlum olub.

Mia.az xəbər verir ki, dərslər saat 10:00-da başlayır. 

Azərbaycan bölməsi üçün 

10:00 - Fiziki tərbiyə

10:10 - VI sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix

10:55 - V sinif - Azərbaycan dili, Riyaziyyat, Tarix

11:25 - Məktəbəhazırlıq

11:35 - IV sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili

12:00 - III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili

12:30 - II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili

13:00 - I sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili

Rus bölməsi 

14:00-da Məktəbəhazırlıq

14:10 - V sinif - Rus dili, Riyaziyyat

14:30 - VI sinif - Rus dili, Riyaziyyat, Fizika

15:05 - XI sinif - Rus dili, Riyaziyyat, Fizika

Qeyd edək ki, sabahdan “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək. Dəsrlər saat 16:15-də yayımlanacaq. Elektrotexnika, Tikinti, Sənaye, Mexanika, Elektronika, Avtomobil, İnformasiya-Komputer Texnologiyası və Avtomatika ixtisası üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin video.edu.az videodərslər portalında bu ixtisaslar üzrə 20 teledərs yerləşdirilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR