“Sizə açıq və aydın şəkildə demək istəyirəm: döyüş hələ indi başlayır" - Fransanın Baş nazirindən koronavirusla bağlı mesaj

img

29-03-2020 [11:45]


“Sizə açıq və aydın şəkildə demək istəyirəm: döyüş hələ indi başlayır". 

 “İnterfaks” xəbər verir ki, bunu Fransanın Baş naziri Eduar Filipp Parisdəki mətbuat konfransında ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, aprelin ilk 15 günü sona çatmaqda olan mart ayının ikinci yarısından da çətin olacaq.

Mətbuat konfransında iştirak edən Fransanın Səhiyyə naziri Olivye Veran hökümətin xəstəxanaların epidemiya ilə mübarizə imkanlarını gücləndirmək üçün reanimasiya şöbələrində çarpayıların sayını 5 mindən 14-14,5 minə çatdırmaq niyyətində olduğunu söyləyib.

Son məlumatlara görə, Fransada son sutka ərzində 319 nəfər virusdan ölüb. Bununla da koronavirusun bu ölkədə öldürdüyü insanların ümumi sayı 2 314 nəfərə çatıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 37 575 nəfərə çatıb, 17 620 nəfər xəstəxanalara yerləşdirilib. Reanimasiya şöbələrində 4 273 xəstə var. Sağalanların sayı 6 624 nəfərdir.

Dünən Fransada əhalinin təcrid olunması rejimi aprelin 15-dək uzadılıb, bu müddətin daha da uzadılma ehtimalı yüksəkdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR