Azərbaycanda əcnəbilərin yaşama müddəti avtomatik uzadıldı - Onlar cərimə olunmayacaqlar

img

28-03-2020 [12:18]


"16 mart - 30 aprel tarixlərində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri (cərimə) tətbiq edilmir və ümumi olaraq müraciət etmələri, qəbul şöbələrinə gəlmələri tələb edilmir".

Mia.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov qeyd edib ki, ölkədə olma (viza və ya 90 gün) müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər:

"Bununla da müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək. İnternet səhifədə 2 məlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodunu götürüb "exspress pay" terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və tövsiyə etmirik".

Xatırladaq ki,  aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Daha ətraflı bu linkdən oxuya bilərsiniz:

https://www.mia.az/w986160/azerbaycanda-muveqqeti-qalannbspecnebilerle-bagli-qerarnbsp-muddet-avtomatik-uzadildi-meblegler-2020-03-24-175022


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı