Prezident və dövlət rəsmiləri Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
MƏDƏNİYYƏT
27.03.2020, 17:54
Prezident İlham Əliyev xalq artisti Rauf Yusuf oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az həmin nekroloqu təqdim edir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.
Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.
Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.
Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Əbülfəs Qarayev
Fərəh Əliyeva
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Firəngiz Əlizadə
Faiq Sücəddinov
Cavan Zeynallı
Yalçın Rzazadə
Salman Qəmbərov"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kılıçdaroğlun istefa verən Yavaşı öz sözləri ilə "vurdu"
Bugün, 18:30 SİYASƏT
-
"Fənərbağça"nın almaq istədiyi məşhur futbolçunu döydülər - FOTO
Bugün, 18:11 İDMAN
-
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Bugün, 18:05 İQTİSADİYYAT
-
Suriya prezidenti BMT tribunasından İsrailə ultimatum verib
Bugün, 17:58 DÜNYA
-
Ceyhun Bayramov Nyu-Yorkda yeni görüş keçirib
Bugün, 17:58 SİYASƏT
-
Bələdiyyə sədrləri CHP-dən istefa verdi - SİYAHI
Bugün, 17:47 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşın istefası haqda ilk - Açıqlama
Bugün, 17:38 SİYASƏT
-
"Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - FOTOLAR
Bugün, 17:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Xəbəri məni olduqca kədərləndirdi"
Bugün, 17:26 GÜNDƏM
-
Aktirisa geyimi ilə gündəmə gəldi: "Anam hazırlayıb" - FOTO
Bugün, 17:17 ŞOU-BİZNES
-
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır
Bugün, 17:17 CƏMİYYƏT
-
"Araz-Naxçıvan"da baş məşqçi təyinatı olub
Bugün, 17:15 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda iki nəfər 31 kq narkotiklə saxlanılıb
Bugün, 16:27 KRİMİNAL
-
Daha bir qurum AZCON-un idarəetməsinə verildi - Fərman
Bugün, 16:01 GÜNDƏM
-
Prezident İlham Əliyev bu şəxsə yüksək vəzifə verdi - "AzerGold" QSC-də dəyişiklik
Bugün, 15:57 GÜNDƏM
-
DAHA İKİ QURUM BİRLƏŞDİRİLİR - Əli Əsədov qərar imzaladı
Bugün, 15:40 GÜNDƏM
-
TƏBİB-də daha iki təyinat - Onlar Departament müdiri oldu + FOTO
Bugün, 15:37 GÜNDƏM
-
Zeynəb Xanlarova əməliyyat olundu
Bugün, 15:28 CƏMİYYƏT
-
BVF rəsmisi BMT tribunasından xəbərdarlıq etdi, siyasətçiləri cəsarətli olmağa çağırdı: "Əgər hökumətlər iqtiadiyyatlarını dizayn edə bilməsələr..."
Bugün, 15:25 İQTİSADİYYAT
-
Əfvə düşən Martin Ryan azadlığa buraxılıb
Bugün, 15:17 SİYASƏT
-
Azərbaycanda tanınmış idmançı saxlanılıb
Bugün, 15:08 KRİMİNAL
-
Xəzər TV Kardiologiya İnstitutundan süjet hazırladı: kartof-çörək müəmması və... - VİDEO
Bugün, 14:54 CƏMİYYƏT
-
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bugün, 14:39 CƏMİYYƏT
-
Mənsur Yavaş CHP-dən istefa verdi
Bugün, 14:33 SİYASƏT
-
Bəzi bölgələrə yağış yağacaq - Xəbərdarlıq
Bugün, 14:31 GÜNDƏM
-
Əfv sərəncamının icrası başlayıb
Bugün, 14:24 GÜNDƏM
-
Maliyyə Nazirliyi dövlət qurumlarında yoxlama aparıb
Bugün, 14:03 İQTİSADİYYAT
-
"Yüksəliş" müsabiqəsinin qalibi yeni vəzifəyə təyinat aldı
Bugün, 14:02 CƏMİYYƏT
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər qalxacaq? - AÇIQLAMA
Bugün, 13:55 İQTİSADİYYAT
-
40 ilin həkimini işdən çıxaranın özü yola salındı - Yoxlama sonrasında...
Bugün, 13:42 CƏMİYYƏT
-
Türkiyədə 25 yaşlı futbolçu vəfat edib
Bugün, 13:29 İDMAN
-
Türkiyəli aktrisa "Vogue World 2026"ya geyimi ilə "damğa" vurub - FOTOLAR
Bugün, 13:23 ŞOU-BİZNES
-
Masazırda yük maşını maşının üstünə aşdı: ölən və xəsarət alanlar var - FOTO
Bugün, 13:05 KRİMİNAL