"Hər il 1,5-2 milyon insan sətəlcəmdən ölür, təkcə Rusiyada ötən il 25 min adam..." - Rus həkimdən koronavirusla bağlı maraqlı açıqlamalar

img

27-03-2020 [14:39]


Televiziya aparıcısı, doktor Aleksandr Myasnikov koronavirusun yaşlı insanlar üçün niyə bu qədər təhlükəli olduğunu izah edib. 

Bu virusun yaşlılar üçün təhlükəli olması doğru fikirdir, lakin tamamilə dəqiq deyil. Axı, hər hansı bir infeksiya yaşlılar üçün təhlükəlidir.

Koronavirus "adi" Kəskin Tənəffüs Çatışmazlığına (KTÇ) səbəb olur. Yaşlı insanlar bu KTÇ-dən deyil, xəstəliyin fonunda inkişaf edə bilən sətəlcəmdən ölürlər. Üstəlik, "köhnə" koronavirus növləri eyni ölümə səbəb olur - təxminən 10% səviyyəsində. Hətta qrip virusu yaşlı insan üçün təhlükə yaradır.

Myasnikovun statistikasına görə, ildə 1,5-2 milyon insan sətəlcəmdən ölür, üç ay ərzində bu, 500 minə yaxın rəqəm deməkdir: "Bu günə qədər 20 min insan koronavirusdan ölüb. Bu, eyni dövrdə bütün növ sətəlcəmdən olan ölümlərin təxminən 4%-dir. 2018-ci ildə Elə Rusiyada 25 min insan sətəlcəmdən ölüb".

Myasnikov həmçinin hesab edir ki, italiyalı həkimlər yaşlılar arasında koronavirusdan ölüm hallarını ciddi səviyyədə azaldaraq 14%-ə endiriblər. Eyni zamanda viral pnevmoniyadan yaşlı insanlar arasında ümumi ölüm isə təxminən 25%-dir/Qaynarinfo.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR