Ölümlə hədələnən qadın körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27-03-2020 [14:22]
Bu günlərdə müvafiq rayonda Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (rayonun və zərərçəkənin adı konfidensiallığın qorunması məqsədilə qeyd olunmur) Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib.
Mia.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib:
"Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.
Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu baş vermiş bu hadisə zamanı da nəzərə alınmışdır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilmişdir. Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilmiş, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılmış, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılmışdır.
Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilmişdir. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb edilmişlər. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə apardığımız, dövlətimizin ailələrin qayğısına qaldığı çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir,cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb