Azərbaycanda Xalq artisti vəfat etdi

img

27-03-2020 [12:45]


Azərbaycanın Xalq artisti Rauf Babayev dünyasını dəyişib.

Mia.az xəbər verir ki, müğənni 82 yaşında vəfat edib. 

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.

Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.

Rauf Babayev İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR