"Hər vətəndaşın qarşısına polis qoya bilmərik" - Əhaliyə koronavirusla bağlı daha bir rəsmi müraciət 

img

26-03-2020 [23:43]


“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etmək, ya da bir ortamda olmasaq, xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

O, bir daha xatırladıb ki, düzdür, əşyalar üzərində virusun bəlli yaşama müddəti var: “Amma əsas problem və risk xəstə insanla yaxın təmasda olmaqdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Hər vətəndaşın qarşısına polis qoya bilmərik. Bu, heç fiziki cəhətdən də mümkün deyil. Ona görə də, insanlar sosial məsuliyyət məsələsinə ciddi önəm verməlidir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR