Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü - 104 nəfərdən 5-nin də vəziyyəti ağırdır
26-03-2020 [15:15]
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür:
"Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub".
Türkiyədə COVİD-19: son gündə daha 9891 nəfərdə aşkarlanıb
Britaniyada daha 5455 nəfər koronavirusa yoluxub
Bakıda qadın bıçaqlandı
Avropa Liqası: "Tottenhem"lə "Dinamo" qarşılaşmasının ev oyunlarının yerini dəyişib
Paşinyan minlərlə tərəfdarı ilə meydanda: "Hərbi qiyama çağırış etmiş qüvvələrə öz gücünü göstərir" - VİDEO/FOTO
Avropa İttifaqı hərəkətə keçdi, Gürcüstan iqtidarı geri çəkildi: müxalifətlə dialoq başlayıb
Ekspert: "Mərkəzi Bank eyni bir xidməti almaq üçün milyonlar xərcləyib" - "SİNAM şirkətinə 849895 manat vəsait ayrılıb"
Dövlət qurumlarında ezamiyyəyə dair tələb müəyyənləşib
BMT ilə Azərbaycan arasında sənəd imzalanıb
Rəsmi Moskvadan Qarabağla bağlı Yerevana xəbərdarlıq: "Hər hansı bir addım böyük faciə yaradar"
Azərbaycanda zəlzələ oldu
Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək
Milli Məclisin deputatları peyvənd olunublar
Departament direktoru sədr müavini təyin olunub
İcra başçısının həbsdəki bacısı oğlu etiraz etdi, hakim isə... - Qalmaqallı proses davam edir
Ceyhun Bayramov Özbəkistanın səfirini qəbul edib - XİN-dən açıqlama
Bakıda 22 yaşlı gənc binanın qarşısında öldürüldü
Pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb
AXC-nin elan edildiyi bina bərpa olunur - FOTO
Səhayət planları quranlar indidən peyvənd olunmalıdır
Ermənistan müxalifəti "Venesuella modeli"ni tətbiq edı bilər
Fransanın sabiq prezidenti həbs olundu
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb - Rəsmi Moskva "cavabımız olacaq" deyir
Azərbaycan-Gürcüstan arasında uçuşlar başlayır - "Buta Airways" açıqlama yaydı + DETALLAR
Azərbaycanda daha 6 qızıl yatağı istismara veriləcək
Azərbaycanda daha 125 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
“YAŞAT” Fondu: "Yaralı qazilərə yardım göstərilir"
Mərkəzi Bank “Holcim (Azərbaycan)” ASC-ni cərimələyib
ARDNF valyuta satışı ilə bağlı açıqlama yaydı
Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək
Daha 21 obyektdə qaydalar pozulub - SİYAHI
Gürcüstanda məktəb yaxınlığında partlayış oldu, 2 azərbaycanlı şagird yaralandı, biri vəfat etdi
Energetika Nazirliyində İctimai Şura yaradılır
Zərdabda qətl: kənd sakini 53 yaşlı arvadını boğaraq öldürdü
Avropa ölkəsi fövqəladə vəziyyət elan etdi - COVID-19 vurusuna görə
Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq işləri görülür
İranda daha 8510 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının - Açılışında + FOTOLAR
Azərbaycanda bu məhkəmə hakimləri cəzalandırıldı - ADLAR
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib - FOTOLAR
Paşinyanın əleyhdarları dövlət binalarına hücum ediblər - Etirazçılar bu dəfə İcra Hakimiyyətinin binasına soxulublar
AFFA bu klubları cərimələdi - Hər birinin 800 manat