Rektordan ilginc təyinat: vəzifədən azad etdiyi direktoru yenidən geri qaytardı

img

26-03-2020 [13:29]


Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli növbəti maraqlı təyinata imza atıb.

Mia.az xəbər verir ki, Gəray Gəraybəyli rektor təyinatından bir neçə ay sonra, daha dəqiqi, 2016-ci ilin yayında Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayevi qanunsuz əməllərdə ittiham edərək, işdən öz ərizəsi ilə getməyə məcbur etmişdi.

Lakin rektor bu günlərdə bəlli olmayan səbəbdən onu yenidən həmin vəzifəyə təyin edib.

Xatırladaq ki, o vaxt Surxay Musayevin yerinə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilmişdi. Lakin onun da bu postda uzun qalması mümkün olmadı.

Son vaxtlar isə bu vəzifənin başında Samir Allahverdiyev dururdur.

Rektorun onu vəzifədən azad etməsinin səbəbi haqda əlavə məlumat öyrənməyə çalışacağıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:55 15.07.2020

Sabah yağış yağacaq