Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək

img

26-03-2020 [10:16]


Tezliklə Buxarestin bütün sakinləri koronavirusla bağlı yoxlamadan keçirilə bilər.

Bu barədə “Antena 3” telekanalının efirində Rumıniyanın səhiyyə naziri Viktor Kostake bildirib.

"Biz Cənubi Koreyada olduğu kimi mobil qrupların köməyi ilə Buxarestin bütün sakinlərini koronavirus yoxlamasından keçirmək üçün innovasiya proqramını reallaşdırmaq istəyirik. Hazırda bizə 2-5 milyon test lazımdır", - Kostake bildirib.

Səhiyyə Nazirliyinin başçısı qeyd edib ki, bu gün analizlər karantində olan bütün insanlardan götürülmür. O, gələn həftə ölkədə COVID-19-u yoxlamaq üçün ölkədə daha çox test olacağına ümidini ifadə edib.

Qeyd edək ki, Rumıniyada koronavirusa 906 yoluxma qeydə alınıb. Ölkədə 17 xəstə pandemiyanın qurbanı olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR