Prezidentin köməkçisi 10 min, müğənni 10 min, icra başçısı 2 min, deputat 300, sabiq deputat 1 manat... - Kim fonda nə qədər ödəyib?

img

25-03-2020 [15:39]


Fevralın 9-da Səbaildən deputat seçilmiş Nigar Arpadarai Koronavirusa Dəstək Fonduna pul köçürüb.

Mia.az Fondun rəsmi saytına istinadla xəbər verir ki, deputat fonda yardım üçün 300 manat ödəyib. Onun həmkarı Naqif Həmzəyev isə fonda 1000 manat keçirib.

Müğənni Röya Ayxan 10 min, sabiq deputat Nazim Bəydərmirli isə cəmi 1 manat köçürüblər.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə isə 2 min manat, Prezidentin köməkçisi Natiq Əmirov isə 10 min manat ödəyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR