Oqtay Şirəliyev: "Xüsusi həkim briqadaları yaradılıb, hər şeyə hazırıq"

img

24-03-2020 [21:48]


“Nazirlər Kabineti yanında operativ qərargahın qərarında qərarın iki məqsədi vari. İlk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq”.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev  AzTV-də “Hədəf” verilişində deyib.

Nazir bildirib ki, hazırda bütün laboratoriyalar tam gücü ilə işləyir: “Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir. Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın".

Nazir deyib ki, xüsusi həkim briqadaları da yaradılıb: "Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR