Naxçıvanda yas mərasimləri 1 gün keçiriləcək

img

24-03-2020 [21:22]


Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin keçirilmə günü azaldılıb.

Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır. 

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də çay verilməsi dayandırılmalı, bütün ibadət və ziyarət yerləri dezinfeksiya olunmalı, cümə namazlarının evdə qılınması sakinlərə tövsiyə edilməlidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Naxçıvandan Azərbaycanın digər bölgələrinə, o cümlədən sərhəd rölkələrə də giriş-çıxış dayandırılıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR