Almaniya 750 milyard avroluq böhran paketini təsdiqlədi: fiziki şəxslərə 15 min avroya qədər yardım olunacaq

img

24-03-2020 [14:24]


"Almaniya 750 milyard avroluq böhran paketini təsdiqləyib. Bu paket ölkə iqtisadiyyatını koronavirus epidemiyası qarşısında müdafiə etməkdir".

Mia.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.

O bildirib ki, yardım paketi daxilində ölkədəki kiçik şirkətlərə və fiziki şəxslərə (selbstendig) 3 ay ərzində 9 mindən 15 min avroya qədər yardım da nəzərdə tutulur: "Berlindəki lfo İnstitutunun hesablamalarına görə, epidemiya Almaniyaya 255 milyarddan 729 milyard avroya qədər zərər vura bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA