CƏBHƏDƏ GƏRGİNLİK: düşmənin bir əsgəri məhv edildi - Hazırda atışma gedir

img

24-03-2020 [11:51]


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib:

"Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR