"Bizdə küçədə tək gəzən şəxs də maska taxır, halbuki buna ehtiyac yoxdur" - Səhiyyə nazirinin müavini

img

23-03-2020 [23:57]


"Qoruyucu maskalardan düzgün istifadə edilməlidir. Ancaq bizdə küçədə tək gəzən şəxs də maska taxır. Halbuki buna ehtiyac yoxdur.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, maskalardan kütləvi yerlərdə olarkən istifadə edilsə məqsədəuyğun olar: "Maskalar da aptek şəbəkələri tərəfindən ölkəyə gətirilir. Maskaların satışı da mütəmadi şəkildə davam etdirilir".

O qeyd edib ki, bu gün ölkədə kifayət qədər test dəstləri var: "Azərbaycana testlər ilk olaraq Türkiyədən gətirilmişdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı gətirildi. Hazırda ölkədə xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var"./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR