"Koronavirusa tutulan 72 nəfərdən 10-u sağalıb, 1000 nəfər karantindədir" - Nazir müavini detalları açıqladı

img

23-03-2020 [23:02]


"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".

Mia.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".

Nazir müavini qeyd edib ki, xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır: "Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dur. Bu günə qədər 18 yaşına qədər 3 nəfər də koronavirusa yoluxub. Onların səhhəti normaldır. Hazırda onların həyatı üçün təhlükə yoxdur".

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR