"Fövqəladə vəziyyətin elan edilməsi istisna edilmir, hələlik isə..." - Nazirlər Kabinetindən açıqlama

img

23-03-2020 [22:28]


Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur.

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".

Hökumətin sözçüsü onu da deyib ki, infeksiyaya qarşı mübarizədə zəruri olan ləvazimatların ölkədə istehsalı məsələsi gündəlikdədir: "Düzdür, bu, müəyyən vaxt tələb edən məsələdir. Ancaq lazımi addımlar atılmaqdadır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR