Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

img

22-03-2020 [21:42]


ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alıb. 

TASS xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib 

O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.

“Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib", - Kuomo deyib. Onun sözlərinə görə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR