Himayəsində 6 nəfər olan işsiz zərdablı yardım istəyir, ancaq... - Prezidentə müraciət

img

22-03-2020 [21:21]


Zərdab Rayon Çallı kənd sakini Həmidov Kamal Sabir oğlu Prezdent İlham Əliyevə, Vitse Prezident Mehriban xanım Əliyevaya, Əhalinin sosial mudafiə naziri Sahil Babayevə, Zərdab rayon Icra hakimiyyət başcısı Mərdan Camalzadəyə Mia.az saytı vasitəsi ilə müraciət edib.

Kənd sakini bildirib ki, dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun şikayəti ilə maraqlanan olmayıb:

"Etdiyim müraciətin əsas məğzi aşağıdakılardan ibarətdir: yoldaşım Həmidova Sevinc Mürsəl qızı, övladlarım - Həmidli Gülpəri Kamal qızı (doğum tarixi: 31.03.2010), Həmidli Sabir Kamal oğlu (22.09.2011), Həmidli Fatimə Kamal qızı (26.12.2019). Həmidli Yusif Kamal oğlu və bacım Həmidova Oliya Sabir qızı mənim himayəmdə yaşayırlar.

Onu da nəzərinizə çatdırıram ki, sonuncu övladlarım əkiz olub.

Dəfələrlə işlə və ünvanlı sosial yardımla əlaqədar adiyyatı orqanlara müraciət etməyimə baxmayaraq müraciətlərim nəticəsiz qalıb. Cənab Prezidentin əhalinin sosial rifahının yaxşılaşdırılması haqqında verdiyi tapşırığa yerlərdə məmurlar ümumiyyətlə əhəmiyyət vermirlər. Məmurlar "Get hara şikayət edirsən et" - prinsipi ilə işləyirlər.

Cənab Prezident, yazıb sidən xahiş edirəm ki, mənim himayəmdə yaşayan Azərbaycan respublikasının vətəndaşlarının vəziyyətləri ağır olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının qanunlarını əsas tuturaq himayəmdə olan 6 nəfər Azərbaycan vətəndaşlarının minumum həyat səviyyəsinə uyğun yaşamaq imkanlarını təmin etmək üçün öz köməkliyinizi göstərəsiniz".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR