Notariat və nigah qeydiyyatları necə aparılacaq? - Nazirlikdən açıqlama
22-03-2020 [18:11]
Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.
Mia.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, nazirlik tərəfindən əhaliyə qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üçün yalnız təxirəsalınmaz hallarda müraciət edilməsi tövsiyə olunur.
Nazirliyin qurumlarına bilavasitə müraciət edən şəxslərə müvafiq xidmətlər, o cümlədən nikahın qeydiyyatı sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstəriləcəkdir.
Bu dövr ərzində təntənəli nikah mərasimləri həyata keçirilmir.
Bildirilir ki, vətəndaşlar nazirliyin rəsmi internet saytının "Vətəndaşlar üçün əlaqə" və "İnteraktiv əlaqə" bölmələri vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilərlər:
– "Vətəndaşlar üçün əlaqə" bölməsində (http://justice.gov.az/home/contact) nazirliyin, o cümlədən qeydiyyat və notariat orqanlarının əlaqə vasitələri və elektron müraciət forması mövcuddur;
– "İnteraktiv əlaqə" bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə isə yaranan sualların onlayn rejimdə cavablandırılması mümkündür.
Eyni zamanda, ədliyyə xidmətlərindən elektron qaydada yararlanmaq üçün nazirliyin elektron xidmətlər bölməsi (www.exidmet.justice.gov.az) fəaliyyət göstərir. Vətəndaşlar e-xidmətlər barədə, o cümlədən vətəndaşın, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsin fərdi identifikasiya nömrəsi ilə bağlı əlavə məlumatı (012) 525-40-40 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.
Rəsmi sənədlərin tərcüməsinin notariat qaydasında təsdiqi, habelə xaricdə istifadə edilməsi üçün onlara apostil verilməsi və yaxud leqallaşdırılması üçün hazırlanması və ünvana çatdırılması xidmətlərindən yararlanmaq üçün 24 saat ərzində 050 365 06 58 və ya 051 225 18 08 nömrələrinə telefon və ya whatsapp, yaxud [email protected] elektron poçt vasitəsi ilə müraciət oluna bilər.
Həmçinin, Ədliyyə Nazirliyinin (012) 404-42-64, (012) 404-42-65, (012) 562-91-99, (012) 561-77-04 telefon nömrələri vasitəsilə notariuslarla əlaqə saxlanılmaqla səyyar notariat xidmətlərinin göstərilməsi üçün müraciət oluna bilər.
Xatırladırıq ki, nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin bu ərəfədə istifadə verilmiş vəkillərə verilən etibarnamələrin elektron rəsmiləşdirilməsi xidməti həftənin bütün günləri 24 saat ərzində "Mobil notariat" proqram tətbiqi vasitəsilə həyata keçirilir. Bu xidmətdən faydalanmaq üçün App Store və ya Google Play elektron platformasından həmin proqramı telefona yükləmək kifayətdir. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifəsində (facebook.com/mobilnotariat) yerləşdirilib.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib