"Cəld hərəkət etmək lazımdır" - Trampdan koronavirusla bağlı mesaj

img

21-03-2020 [22:52]


ABŞ Prezidenti Donald Tramp koronavirusun müalicəsində istifadə olunacaq effektiv dərmanların adını açıqlayıb.

Bu barədə Donald Tramp "Twitter" səhifəsində qeyd edib.

"Hidroxlorin və Azitromisin birlikdə tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirə bilmək üçün real şansa sahibdirlər. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası ən böyük nailiyyətə çatıb. Bunun üçün onlara təşəkkür edirəm! Ümid edirəm ki, bu dərmanların hər ikisi dərhal istifadə olunmağa başlanacaq. İnsanlar ölürlər, cəld hərəkət etmək lazımdır. Tanrı hər kəsi qorusun!", - deyə Donald Tramp qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR