Cəlilabadda polis əməliyyatı: polisə müqavimət göstərən 8 nəfər saxlanıldı - 2 yaralı var

img

21-03-2020 [20:09]


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər:

"Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.  

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin  aşkar edilib götürülüb.  

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir". 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR