Mübariz Mənsimovu kimlər "vurdurur"? - Baş redaktor sensasion təkliflə bağlı nələr yazdı?
21-03-2020 [15:12]
Anar Niftəliyev,
Axar.az saytının Baş redaktoru
***
Aylar öncə Mübariz Mənsimova qarşı “reklam şərtləri ilə” kampaniya başlayanda bundan imtina edənlərdən olduq. Nə Mübariz Mənsimovu tanıyıram, nə onun etdiklərindən müfəssəl məlumatım var (yalnız mediada yayılanlar istisna olmaqla), nə də yaxınlarımdan kimsəyə bir yaxşılığı dəyib.
Sadəcə, Mübariz azərbaycanlıdır, ölkəmizdən kənarda “Ünlü azərbaycanlı iş adamı”dır, Bizimdir, Azərbaycanındır və Azərbaycan bu cür insanlara sahib çıxmağı bacarmalıdır – fərqi yoxdur, o, 100 azərbaycanlı tələbəyə təqaüd verir, ya vermir və yaxud hansısa xeyriyyə aksiyasına qoşulur, ya qoşulmur.
Eyni münasibətim Vahid Ələkbərovadır. Onun azərbaycanlıdan çox rusiyalı olması da, Azərbaycana heç bir dəstək göstərməməsi də mənimçün ikinci dərəcəli. Fakt odur ki, Putin Bakıya gələndə Vahidi də özü ilə gətirmişdi – xatırlayırsınızsa və Prezidentimizə “O sizinkidir” deyə zarafat da etmişdi.
Fakt budur, bax: O, Putin demişkən, bizimkidir, azərbaycanlıdır, Bizimdir və ona da sahiblənməliyik, kimsəyə verməli deyilik.
Lap olsun Frenk Elkaponi – Füzuli Məmmədov. Hərgah bizi heç gözləmədiyimiz halda məhkəməyə də verdi və mübahisəmiz yarandı: ancaq heç zaman onu hədəf almadıq, hətta əleyhinə yazanda da öz sayğımızı göstərdik.
Fərqi yoxdur, Azərbaycanın sərhədindən kənardakı azərbaycanlıların hamısı – Dərbəndindən Kərkükünə, Təbrizindən Əfqanıstanına qədər – bizimdir, dərdlərinə kədərlənib, sevinclərinə şadlanmalıyıq. Necə deyərlər, itləri hürsün, işıqları gəlsin: bizə nə edirlər, dövlətimizə necə dəstək olurlar – ayrı söhbətin mövzusudur. Bir də Azərbaycan, şükür Allaha, öz ayaqları üstündə durmağı bacaran ölkədir, dosta-düşmənə, diaspora, azərbaycanlı milyarderlərin ianələrinə ehtiyacı yoxdur (Əlbəttə, kim dəstək olursa, Allah razı olsun, etsinlər – öz könülləri ilə, ürəklə, Vətənin yanında olmaq eşqi ilə...)
Kimsə “reklam hüququ ilə” mənə bunların əleyhinə yazı yazdıra bilməz, heç məmurlarımızın da əleyhinə.
Addımını bu gün bəyənmərəm, tənqid edərəm, sabah bəyənərəm, təqdir edərəm, ancaq öz xoşumla olar. Ya biri – xüsusilə azərbaycanlı olmayan biri - onu ləkələməyə qalxarsa, özümüzkünə dəstək olmağa çalışaram.
Onlar bizimdir, Rövnəq Abdullayev isə dövlətimizin neft siyasətini həyata keçirən məmurumuz. Hər birinə hörmət borcumuz var!
Çox pis vəziyyətdir: “Palmali” ilə SOCAR və “Lukoyl” öz aralarında mübahisəni həll edə bilmirlər, ingilisləri hakim tutublar.
Mən bilmirəm kim haqlıdır, kim haqsızdır, ümumiyyətlə kimin haqlı, kimin haqsız olması da eynimə deyil. Məni narahat edən Azərbaycanın adı ilə bağlı olan bir milyarderin digər azərbaycanlı milyarder və Azərbaycanın dövlət şirkəti ilə yola getməməsidir.
ANAR NİFTƏLİYEV
Bilmirəm ortada neçə milyon var ki, “bölə” bilmirlər. Ancaq məncə, o milyonlara tüpürüb, bir qəhvə içib, hər şeyi bir-birinə bağışlamalı idilər.
Çox təəssüf edirəm – Mübarizin tutulmasına da, bundan kimlərinsə sevinməsinə də.
Yox, təəssüf etmirəm – bu mənə olduqca pis təsir edir. “Dünya malı dünyada qalmayacaqmı?” Bu sözü ikisinin ağzından eşitmişik.
Niyə bir-birinizə görə rədd etmirsiniz o dünya malını? Niyə birləşə bilmirsiniz?
SOCAR – nəhənglərdən biri, LUKOYL – digər nəhəng, PALMALİ – başqa bir nəhəng...
Mübariz – dünyanın 500 zənginindən biri, Vahid – o cümlədən...
İmkan verin, sizinlə qürur duyaq da! Nədir bu şərləmələr, bir-birinizə qarşı kampaniyalar?
Nədir axı Mübariz həbs olunan kimi bu şıdırğı rəqslər, şadyanalıq və onu aşağılamaqlar?!
Hə, öldürün Mübarizi, dağıdın PALMALİ-ni... Sonra? Nə qazanacaqsınız? 5 milyon, 50 milyon, ya 500 milyon?
Korona girəndən ən çox ziyan edən Vahidimizdir – bəli, Bizim Vahid, Putinin dediyi kimi! - 4 milyard itirib. Mübarizin bütün sərvəti 1,5 milyar olmalıdır səhv etmirəmsə - Forbes elə yazıb. Onu tam ələ keçirsəniz belə, koronanın bir həftəyə vurduğu yaranın yarısı eləmir.
Nədir, nə olub, niyə qırırsınız axı bir-birinizi? Niyə birləşib, bir-birinizə söykənib, daha nəhəng olmursunuz? Niyə bir-birinizin əleyhinə ətək-ətək pullar xərcləyirsiniz?
Bu cür etdiyinizdir Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir də!
Belə etdiyinizdir səsimiz dünyada eşidilmir!
Nəsə... Rəhmət ustada, “biz düzələn zat deyilik”!
Hər üçünüzün bayramınız mübarək! Başda isə Mübariz! Çünki həbsdədir, haqlı, ya haqsız – fərqi yoxdur. O həbs olunanda dünya mediası “Azərbaycanlı milyarder həbs olundu” yazdı. Azərbaycanlı! Anlaya bilirsinizmi? Mübarizin həbsində hamımızın adı keçdi...
Allah azərbaycanlı bütün iş adamları üçün bizə “bu ay daha bir neçə milyard qazanmaqla dünya milyarderləri sırasında bir neçə pillə irəlilədi” oxumağı qismət eləsin, bir də “azərbaycanlı milyarder həbs olundu”, “kasıbladı”, “milyard itirdi” oxumayaq!
Bizə isə heç nəyiniz lazım deyil – itiniz hürsün, işığınız gəlsin, vəssalam!".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"