Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olundu

img

21-03-2020 [14:21]


Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.

Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.

Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR