Bayram başladı: neçə gün iş olmayacaq?

img

20-03-2020 [00:01]


Bu gündən Azərbaycanda Novruz bayramı qeyd olunur.

Mia.az xəbər verir ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

Onu da qeyd edək ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş günləridir.

Növbəti iş günü martın 29-dur.

Bayramınız mübarək!


Digər xəbərlər
SON XƏBƏRLƏR